Dünya ictimaiyyətinə ünvanlanan müraciətdə deyilir ki, 30 ildən çoxdu Azərbaycana qarşı tətbiq olunan ikili standartlar Ermənistanı cəzasız buraxıb. Ona görə bu cinayətkar dövlət artıq Azərbaycanın dinc əhalisini hədəfə alaraq yeni qırğınlar törədir.
ATƏT-in Minsk qrupunu da kəskin tənqid edən Qazaxıstanlı soydaşlarımız bu qurumun münaqişənin həllində maraqsız olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. Müraciətdə bildirilir: “Bu gün azərbaycanlılara qarşı olan haqsızlıq sabah hamınıza qarşı çevrilə bilər. Haqsızlığa susmayın, ədalətin tərəfində olun!”