“Onlar etmək istədiklərini etdilər. Slavutiç şəhərini yoxladılar və yola düşdülər. İndi şəhərdə yoxdurlar”.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu informasiyanı şəhər meri Yuri Fomiçev səsləndirib.
Onun sözlərinə görə, Slavutiç rus hərbçiləri ilə əməkdaşlıq etməyib.
Xatırladaq ki, martın 26-da rus hərbçiləri Kiyev vilayətinin Slavutiç şəhərinin meri Yuri Fomiçevi qaçırmışdılar.
Bizim.Media