Şuşada baş tutan ilk konsert bu gün İctimai Tv-də - VİDEO

Şuşada baş tutan ilk konsert bu gün İctimai Tv-də - VİDEO

Hazırda oxunan: Şuşada baş tutan ilk konsert bu gün İctimai Tv-də - VİDEO

6396

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi tərəfindən işğaldan azad olunmuş Şuşada təşkil edilən ilk konsert proqramı bu gün İctimai televizyada yayımlanacaq.

Bizim.Media xəbər verir ki,  konsert proqramı saat 22:35də təqdim olunacaq.

Xatırladaq ki, 22 dekabr tarixində Şuşada Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) inzibati binasının açılışı olub və DTX-nın Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə son 30 ilin ilk konserti keçirilib

Şanlı ordumuzun əsgərləri qarşısında Azərbaycanın xalq artisti Tünzalə Ağayeva, Ənvər Sadıxov və əməkdar artist Abbas Bağırov, xanəndə Almaz Orucova, opera ifaçısı Anar Şuşalı, müğənnilər Azad Şabanov və Cavid çıxış ediblər. 

Açılışda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev iştirak edib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO