Naxçıvan sakinlərinin NƏZƏRİNƏ – 2028-ci ilə qədər...

Naxçıvan sakinlərinin NƏZƏRİNƏ – 2028-ci ilə qədər...

Hazırda oxunan: Naxçıvan sakinlərinin NƏZƏRİNƏ – 2028-ci ilə qədər...
635887
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2028-ci ilə qədər Naxçıvan iqtisadi rayonunda dabaq xəstəliyindən azad zona yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əks olunub.

Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, bununla bağlı icraçı qurumlar kimi AQTA (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi), KTN (Kənd Təsərrüfatı Nazirliy), aidiyyəti YİHO (yerli icra hakimiyyəti orqanları) və NMRARPSN (Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi) müəyyənləşdirilib.

İcra müddəti 2028–2032-ci illəri əhatə edir.

Bu dövr ərzində dabaq xəstəliyindən azad zonaların yaradılması məqsədilə ilkin araşdırmaların aparılması, dabaq xəstəliyindən azad zonanın yaradılmasına dair hesabatların hazırlanaraq aidiyyəti beynəlxalq təşkilata təqdim edilməsi, eləcə də Naxçıvan iqtisadi rayonunun ərazisində dabaq xəstəliyindən azad zonaların yaradılması həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO