Sen-Trope Epşteynin Fransadakı cinayət fəaliyyətinin mərkəzlərindən biri olub

Sen-Trope Epşteynin Fransadakı cinayət fəaliyyətinin mərkəzlərindən biri olub

Hazırda oxunan: Sen-Trope Epşteynin Fransadakı cinayət fəaliyyətinin mərkəzlərindən biri olub
630198
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amerikalı maliyyəçi, çoxsaylı seksual cinayətlərdə ittiham olunan Ceffri Epşteyn illər ərzində Fransanın Sen-Trope şəhərinə mütəmadi səfərlər edib. Məlumata görə, şəhər onun cinayət fəaliyyətini təşkil etdiyi məkanlardan biri olub.

Bizim.Media xəbər verir ki, Fransanın Le Monde qəzetinin yazdığına görə, Epşteyn demək olar ki, hər yay məşhurların, milyarderlərin və gənc modellərin istirahət etdiyi Sen-Tropedə olub.

Yanvar ayında Epşteyn işi ilə bağlı yayımlanan sənədlərdə onun 2002-ci ildə Sen-Tropedə çəkilmiş fotoları da üzə çıxıb. Şəkillərdə maliyyəçi şəhərin küçələrində və çimərlikdə şəriki Gisleyn Maksvell ilə birlikdə görüntülənib.

Həmin il Epşteyn və Maksvell iyunun 29-dan iyulun 20-dək “Mirage” adlı lüks villanı həftəlik təxminən 100 min avroya kirayələyiblər.

Le Monde-un məlumatına görə, Epşteyn Sen-Tropedə demək olar ki, hər il, əsasən yay aylarında olub. 2002-ci ildə o, şəhərin Avenue Foch küçəsində böyük mənzil də alıb.

Epşteyn 2019-cu ilin avqustunda ABŞ həbsxanasında, çoxsaylı seksual cinayətlər üzrə məhkəməyə çıxarılmamışdan əvvəl ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO