Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO

Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO

Hazırda oxunan: Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO
602427
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Manana Çaparidze bir neçə gün əvvəl 93 yaşında vəfat edən Gürcüstanın Katolikos-Patriarxı II İliya ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, müğənni mərhumla fotolar yayımlayaraq, bunları yazıb:

"Bütün Gürcüstan xalqına bu böyük itki ilə əlaqədar dərin hüzünlə başsağlığı verirəm. Bu elə bir itkidir ki, onu heç nə ilə doldurmaq mümkün deyil. O, nümunəvi həyat yolu, insanlara düzgün olanı göstərən, sevgini, xeyirxahlığı, mərhəməti və bağışlamağı təbliğ edən müqəddəs bir insan idi.
 

Allaha şükür edirəm ki, mənə bu böyük qəlbli və yüksək mənəvi keyfiyyətlərə malik insanla şəxsi ünsiyyətdə olmaq xoşbəxtliyi nəsib oldu: sanki canlı bir müqəddəslə görüşmək kimi. Onun baxışı, diqqəti, səmimi və isti dinləmə qabiliyyəti, bütün bunlar ömür boyu qəlbimdə yaşayacaq.


Çox ağırdır dərk etmək ki, onun müqəddəsliyi artıq aramızda deyil. Amma inanıram ki, belə insanlar heç vaxt getmirlər, onlar bizim qəlbimizdə, yaddaşımızda və imanımızda yaşamağa davam edirlər.

Onun nurani ruhu üçün dua edirəm və Allaha minnətdarlığımı bildirirəm ki, mənə onun dövründə yaşamaq, onu görmək, sözlərini dinləmək və xeyir-duasını almaq nəsib oldu". (Axşam.az)

Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO - foto 1
Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO - foto 2
Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO