Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə BAŞLAYIR

Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə BAŞLAYIR

Hazırda oxunan: Qış Olimpiya Oyunları: İdmançımız bu gün mübarizəyə BAŞLAYIR
596907
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün Azərbaycan təmsilçisi Anastasiya Papatoma mübarizəyə qoşulacaq.

Bizim.Media xəbər verir ki, dağ xizəkçisi slalom növündə qüvvəsini sınayacaq.

Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-d'Ampetsoda keçiriləcək. Bu gün həmçinin daha bir neçə idman növü üzrə yarışlar baş tutacaq.
 

Medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 31 (14 qızıl, 8 gümüş, 9 bürünc) mükafat qazanıb. İtaliya (9 qızıl, 4 gümüş, 11 bürünc) ikinci, ABŞ (6 qızıl, 10 gümüş, 5 bürünc) üçüncüdür.


Xatırladaq ki, daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 29 idmançının mübarizəsində 63,63 xalla sonuncu yeri tutub və mübarizəni dayandırıb.

XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO