Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO

Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO

Hazırda oxunan: Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO
595935
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu barədə qərar Özbəkistanının Daşkənd şəhərində keçirilən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası çərçivəsində qəbul edilib.

Növbəti mərhələdə nazirlik nominasiyanın ICESCO-nun Əsas Siyahısına daxil edilməsi istiqamətində işlər aparacaq.
 

Qeyd edək ki, 1977-ci ildən tarix-memarlıq qoruğu elan edilmiş Ordubad şəhəri 24 oktyabr 2001-ci ildə UNESCO-nun Ümumdünya İrsinin İlkin siyahısına daxil edilib.


Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2024-cü il müvafiq sərəncamı ilə "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO - foto 1
Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO