Çempionlar Liqası: "Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək

Çempionlar Liqası: "Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək

Hazırda oxunan: Çempionlar Liqası: "Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək
593097
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda "Qarabağ" bu gecəyarısı növbəti oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, təmsilçimiz İngiltərənin "Liverpul" klubu ilə üz-üzə gələcək.

"Enfield Road" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Branislav Hançko və Yan Pozor oyunun baş hakiminin köməkçiləri olacaqlar. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. VAR-da niderlandlı Pol van Boekel, AVAR-da isə belçikalı Yan Boterberq əyləşəcəklər.

Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddi turunda üç qələbə, bir heç-heçə və üç məğlubiyyətdən sonra 10 xal toplamağı bacarıb və turnir cədvəlində 18-ci yerdə qərarlaşıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO