İsrailin XİN başçısı Azərbaycana GƏLİR

İsrailin XİN başçısı Azərbaycana GƏLİR

Hazırda oxunan: İsrailin XİN başçısı Azərbaycana GƏLİR
592622
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrail XİN başçısı Gideon Saar bu gün Azərbaycan və Qazaxıstana diplomatik səfərə çıxıb.

Bizim.Media xəbər verir ki, Bakı və Astanaya səfər ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafına yönəlib.

Səfər çərçivəsində bir sıra rəsmi tədbirlər, həmçinin dövlət qurumları və ictimai dairələrin nümayəndələri ilə görüşlər planlaşdırılıb. Yəhudi icmalarının nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.
 

Qazaxıstana səfər ölkənin "İbrahim Sazişləri"nə qoşulması fonunda həyata keçirilir. Bundan əlavə, nazir Astanada Holokost qurbanlarının Beynəlxalq Anım Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.


Gideon Saarı 40-dan çox israilli iş adamı və dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyəti müşayiət edir. Nümayəndə heyəti su texnologiyaları və kənd təsərrüfatı, kibertəhlükəsizlik, mühəndislik, maliyyə, səhiyyə və digər sahələri təmsil edir.

XİN başçısının təşəbbüsü ilə Bakı və Astanada biznes forumlar da nəzərdə tutulub. Bu çərçivədə İsrail nümayəndə heyətinin üzvləri yerli sahibkarlar və işgüzar dairələrin nümayəndələri ilə görüşəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO