Bəşər Əsəd Moskvada həkimlik peşəsinə qayıtmaq qərarına gəlib – Rus dilini öyrənir

Bəşər Əsəd Moskvada həkimlik peşəsinə qayıtmaq qərarına gəlib – Rus dilini öyrənir

Hazırda oxunan: Bəşər Əsəd Moskvada həkimlik peşəsinə qayıtmaq qərarına gəlib – Rus dilini öyrənir
585588
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Moskvada həkimlik peşəsinə qayıtmaq qərarına gəlib və oftalmologiya üzrə biliklərini dərinləşdirir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Nəşrin yazdığına görə, o, rus dilini də öyrənir və gələcəkdə Moskvada imkanlı şəxsləri müalicə etməsi istisna edilməyib.

Mənbə qeyd edir ki, Əsəd maliyyə çətinliyi yaşamır: onun sərvətinin bir hissəsi Rusiyaya keçib. İddia olunur ki, onun ailəsi Rublyovkada, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin qonşuluğunda yerləşən qapalı kompleksdə “sakit, dəbdəbəli həyat” yaşayır.
 

Əsəd və ailəsi ictimaiyyətdən qaçır, siyasətlə məşğul olmur və sosial mediadan istifadə etmir. Keçmiş prezidentin həyat yoldaşı vaxtını fitnes, gözəllik salonları və alış-verişə həsr edir.


Xatırladaq ki, ötən ilin dekabrında devrilən Bəşər Əsəd siyasi sığınacaq kimi məhz Rusiyanı seçib və ölkə prezidenti Vladimir Putinin dəvətilə ailəsini götürərək Moskvaya qaçıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO