
- A-
- A
- A+
Bir keçiddə 3 məktəbli həyatını itirdi – Valideynlərin naləsi niyə eşidilmir? - VİDEO
Binəqədi rayonundakı 179 nömrəli məktəbin qarşısındakı avtomobil yolunda bu dərs ilində müxtəlif vaxtlarda 3 məktəbli maşınvurma nəticəsində həyatını itirib.
Bizim.Meda-nın əməkdaşları faciənin baş verdiyi həmin ərazidə çəkiliş aparıb.
Valideynlər burada uşaqları üçün çox ciddi həyati təhlükənin olduğunu deyirlər. Çünki yolun bu hissəsində piyada zolağından və hər hansı təhlükəsilik nişanından əsər-əlamət yoxdur. Elə şagirdlər də hər gün burada yaşadıqları stress-təhlükədən danışırlar.
Çəkiliş apardığımız vaxt uşaqların dərsədən çıxdığı vaxta təsadüf etdiyindən valideynlər də burada yaşanan gündəlik həyəcanlarını bizimlə bölüşdülər.
Məktəblilərin bir qismi isə artıq yaranmış vəziyyətdən və gündəlik qorxulardan yorulduqlarını söylədilər. Əlaqədar orqanlara müraciət edərək bu işə tez əncam çəkilməsini istədilər.
Mövzu ilə bağlı məsuliyyət daşıyan dövlət qurumları ilə də əlaqə saxladıq. Onların cavabını sizə təqdim edirik. Məsələyə təkrar qayıdacağıq.
Hazırladığımız videosüjeti təqdim edirik:
Şahnaz, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































