Qazaxıstanda çevik polis məşhur MMA döyüşçüsünü saxladı

Qazaxıstanda çevik polis məşhur MMA döyüşçüsünü saxladı

Hazırda oxunan: Qazaxıstanda çevik polis məşhur MMA döyüşçüsünü saxladı

54868

Ölkədəki son etirazlara dəstək verən, MMA üzrə yüngül çəkidə təcrübəli qazaxıstanlı idmançı Kuat Xamitov çevik polis əməkdaşları (OMON) tərəfindən saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Kuatın bacısı İnstagram səhifəsində məlumat yayıb.

"Xahiş edirəm, mənə kömək edin. İndicə qardaşım, idmançı Kuat Xamitovu evdən apardılar. On çevik polis onu döydü, əllərini və ayaqlarını bağladı”, deyə bacısı bildirib.

Qeyd edək ki, döyüşçü bundan əvvəl də dəfələrlə ölkədə baş verənlərdən narazılığını bildirib və mitinqlərdə iştirak edib.

“Almatı, Qərbdən gələn uşaqlar. Dinc dəstək”. Xamitov İnstagram səhifəsində paylaşdığı videonun altında belə qeyd yazıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO