Prezidentin Laçın dəhlizi MESAJI – Xankəndidəki ermənilər vətəndaşlıq məsələsini təcili həll etməlidirlər – ŞƏRH

Prezidentin Laçın dəhlizi MESAJI – Xankəndidəki ermənilər vətəndaşlıq məsələsini təcili həll etməlidirlər – ŞƏRH

Hazırda oxunan: Prezidentin Laçın dəhlizi MESAJI – Xankəndidəki ermənilər vətəndaşlıq məsələsini təcili həll etməlidirlər – ŞƏRH

0:00
0:00
51305

“Brüssel görüşündə Paşinyan yenə də siyasi savadsızlığını ortaya qoyaraq, Zəngəzur dəhlizində gömrük postlarının qurulması məsələsini ortaya atdı. Azərbaycan Prezidenti isə, buna cavab olaraq, Laçın dəhlizində eyni addımın atılacağını vurğuladı”. 

Bu sözləri Bizim.Media-ya müsahibəsində politoloq Cümşüd Nuriyev bildirib.

Belə ki, İlham Əliyevin Laçın dəhlizində gömrük postlarının qurula biləcəyi ilə bağlı Brüsseldə verdiyi açıqlamasının Qərbdə heç bir narazılıqla qarşılanmaması məsələsini şərh edən politoloq, bunu Rusiya faktoru ilə əlaqələndirib:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Zəngəzur dəhlizi Laçın dəhlizi kimi eyni olmalıdır" - VİDEO


“Laçın dəhlizində Azərbaycan gömrükçüləri dayanacaqsa, bu avtomatik olaraq, sərhədçilərimizin də orada olacağı deməkdir. Belə olan halda isə, Azərbaycan ərazisində Rusiya sülhməramlılarına hər hansı ehtiyacın qalmadığı ortaya çıxır. Cənab Prezidentin bu mesajı əslində Rusiyaya yönəlmişdi ki, əgər Ermənistan sözügedən addımı atacaqsa, bizim də cavabımız bu cür olacaq”.

Cümşüd Nuriyev Ermənistanın Zəngəzurda postlar qurması ehtimallarını da dəyərləndirib: 

“Eyni zamanda onu da qeyd etməliyik ki, Zəngəzurda Ermənistanın gömrük postları qurması istisna olunur. Çünki əgər Azərbaycan ərazisində sülhməramlı kimi Rusiya Müdafiə Nazirliyinin qoşunları varsa, Qərbi Zəngəzurda Rusiya Federal Xidmət Bürosunun daha peşəkar hərbçiləri təhlükəsizliyi təmin edəcək. Bu isə o deməkdir ki, Ermənistan Zəngəzur dəhlizində hər hansı post qurmayacaq”.

Politoloq Prezidentin Laçın dəhlizi mesajında Qarabağda yaşayan ermənilərə də yönələn mühüm məqamların olduğunu diqqətə çatdırıb:

“Prezident Laçın dəhlizi məsələsini qabartmaqla, Qarabağda yaşayan ermənilərə də mesaj verdi. Belə ki, gömrük və sərhəd postlarının qurulacağı halda Laçın dəhlizi vasitəsilə Qarabağa qayıtmaq istəyən və Azərbaycan vətəndaşlığını qəbul etməmiş ermənilərin bu istəkləri puça çıxacaq. Çünki Azərbaycan vətəndaşı olmadıqları üçün onların maneəsiz girişi mümkünsüz olacaq”. 

Hər erməniyə bir rus əsgəri düşsə belə...

“Ermənilər prosesləri bu cür uzatmaqla necə bir məngənəyə sıxışdıqlarının fərqində belə deyillər. Erməni əhalisi anlamalıdır ki, Azərbaycan vətəndaşlığını qəbul etməyəcəkləri təqdirdə, hər erməniyə bir rus əsgəri düşsə belə onlar Qarabağda yaşaya bilməyəcəklər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO