Qarabağda

Qarabağda "Şuşa", "Yaşma", "Zəfər" buğda sortları əkilir – FOTO-VİDEO 

Hazırda oxunan: Qarabağda "Şuşa", "Yaşma", "Zəfər" buğda sortları əkilir – FOTO-VİDEO 

49654

İşğaldan azad edilən ərazilərimizdə (Tərtər rayonu) sürətli əkin və elmi-tədqiqat işləri aparılır.

Bizim.Media xəbər verir ki, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Qarabağ üzrə baş aqronomu Məhəmməd Şirinov trend-ə bildirib ki, azad edilən ərazilərin bir hissəsi yenicə minalardan təmizlənib və həmin ərazidə əkin işlərinə start veriblər.
 

Eyni zamanda ərazidə müasir və olduqca məhsuldar buğda sortlarının yetişdirilməsi işi aparılır: "Müzəffər Ali Baş Komandana və qəhrəman ordumuza dərin təşəkkür edirik ki, torpaqlarımız işğaldan azad edildi.


Biz uzun illərdir bu yerlərə qayıtmağı həsrətlə gözləyirdik. İndi öz torpaqlarımızdayıq, əkin-biçin işləri ilə məşğul oluruq", - M.Şirinov deyib.

Baş aqronom qeyd edib ki, Qələbənin şərəfinə yüksək keyfiyyətli "Şuşa", "Yaşma", "Zəfər" buğda sortları yetişdiriblər və artıq əkin aparılıb. Bu il yetişdirilən buğda sortlarından əldə edilən toxumla gələn il daha böyük ərazilərin əkilməsi planlaşdırılır.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO