Əliyevlə Ərdoğan paradı izləyərkən Ermənistanda Paşinyanın istefası səslənirdi - Əl-Cəzirə

Əliyevlə Ərdoğan paradı izləyərkən Ermənistanda Paşinyanın istefası səslənirdi - Əl-Cəzirə

Hazırda oxunan: Əliyevlə Ərdoğan paradı izləyərkən Ermənistanda Paşinyanın istefası səslənirdi - Əl-Cəzirə

4941

“Əl-Cəzirə” Bakıda keçirilən Zəfər paradı ilə bağlı məqalə dərc edib.

Bizim.Media xəbər verir ki, nəşrin dərc etdiyi məqalədə Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə toxunulub.

Parada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qatılması Türkiyə-Azərbaycan birliyini təsdiqi kimi qiymətləndirilib.

Yazıda üçtərəfli bəyanatdan söz açılıb. Qeyd edilib ki, 6 həftəlik döyüş əməliyyatları Azərbaycanın qələbəsi ilə nəticələnib. Ermənistan tərəfində isə razılaşma kütləvi etirazlara səbəb olub:

“Əliyev və Ərdoğan Bakıdakı paradı izləyərkən İrəvanda etirazçılar Paşinyanın istefasını tələb edib".

Məqalədə Azərbaycan və Türkiyə dövlət başçılarının paraddakı çıxışlarından da sitat gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO