Mətanət İsgəndərlinin keçmiş gəlini yatağa düşüb: “Özümü yaxşı hiss etmirəm”

Mətanət İsgəndərlinin keçmiş gəlini yatağa düşüb: “Özümü yaxşı hiss etmirəm”

Hazırda oxunan: Mətanət İsgəndərlinin keçmiş gəlini yatağa düşüb: “Özümü yaxşı hiss etmirəm”

41859

Əməkdar artist Mətanət İsgəndərovanın keçmiş gəlini Cananla aralarında olan qalmaqal günü-gündən böyüyür.

Bizim.Media məsələ ilə bağlı Cananla əlaqə saxlayıb vəziyyətə aydınlıq gətirmək istəyib. Baş verən son hadisələrlə bağlı psixoloji gərginlik yaşayan xanım bildirib ki, özünü yaxşı hiss etmir.
 

MÖVZU İLƏ BAĞLI:

Mətanət İsgəndərlinin gəlini: “Başıma bir iş gəlsə onlardan bilin” - VİDEO


“Hazırda özümü yaxşı hiss etmirəm, ona görə bu suallara cavab vermək istəmirəm”,- deyə o, bildirib.

Xatırladaq ki, 10 il Mətanət İsgəndərlinin oğlu Kərim ilə evli olan Canan ondan ayrıldıqdan sonra tərəflər arasında qalmaqal səngimək bilmir.

Tərəflər bir-birlərini durmadan ittiham edir. Bu yaxınlarda verilişlərinin birində Mətanət İsgəndərli Cananın ünvanına sərt ittihamlar səsləndirib. İfaçı bildirib ki, gəlini oğlu Kərimlə evli olduğu müddətdə ailəsi ilə maraqlanmayıb, övladlarını baxıcının ümidinə qoyub.

“Ona köməkçi tutdum ki, uşaqlar qışqıra-qışqıra işlə məşğul olma, uşağına özün bax. Ana qədər uşaqlara baxan olmaz. Dedim, köməkçi iş etsin, uşaqları özün böyüt. Bu elə oğlumu da, uşaqları da atdı köməkçinin üstünə”.

Müğənni həmçinin qeyd edib ki, hazırda nəvələri onunla yaşayır və onlar analarından imtina etmək istəyirlər. O, keçmiş gəlinini uşaqları sevgisiz tərbiyə etməsində də günahlandırıb.

“Uşaqlar analarının yanına getmək istəmir. Özüm deyirəm, istəyirsizsə gedin. Moskvadan gələndən uşaqlar bizdə qalır. Uşaqları biz olmayanda ev dustağı edib. Özün balalarını atıb getmisən. Atıb qulluqçunun yanına, səhər çıxır gecə yarı gəlir. Uşaq deyir ki, ana gələndə də ancaq telefonla məşğuldur. Uşaqlar sevgisiz qalıb. Qulluqçu uşağa necə baxsın? Bizdə isə atam, Kərim baxır. Onlara dayə, müəllimlər tutmuşam. Balalarımı atmaram. İndi niyə ağlıyırsan? Özün balalarını atıb getdin".

Keçmiş qaynanasının bu cür ittihamlarına Canan da susqun qalmayıb. O, sosial şəbəkə hesabında bir neçə paylaşım edərək, Mətanət İsgəndərlini yalançı adlandırıb.

Canan qeyd edib ki, hazırda nənəsigil uşaqlarının psixoloji vəziyyətlərini pozmaqla məşğuldurlar.

“Bu gün o qədər məyus oldum ki... İnsan necə yalanlar danışar? Utanmadan mənə şər, böhtanlar atır. Balalarımı götürmüsən, uşaqlarıma psixoloji travma yaşadırsan. Evdə köməkçinin ümidinə qoyub gedirsən. Pulun var deyə, mənə zərbələr vurursan”.

Canan həmçinin qeyd edib ki, keçmiş qaynanası və həyat yoldaşı uşaqlara gözəl vədlər verərək məhkəmədə onları seçmələrinə məcbur edirlər.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO