Azərbaycan səfirinin videomüsahibəsi İtaliya mətbuatında

Azərbaycan səfirinin videomüsahibəsi İtaliya mətbuatında

Hazırda oxunan: Azərbaycan səfirinin videomüsahibəsi İtaliya mətbuatında

40479

İtaliyanın aparıcı mətbuat orqanlarından olan “Askanews” xəbər agentliyi tərəfindən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin videomüsahibəsi yayılıb.

Bizim.Media xəbər verir ki, səfir müsahibəsində Azərbaycan-İtaliya strateji tərəfdaşlığı barədə danışaraq, iki ölkə arasında ənənəvi olaraq siyasi səviyyədə yüksək səviyyəli münasibətlərin olduğunu deyib.

İqtisadi sahədə əməkdaşlığın möhkəm özül üzərində qurulduğunu vurğulayan diplomat İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğunu, Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyində strateji rola malik olduğunu bildirib.
 

Bu xüsusda, ölkəmizin İtaliyanın əsas xam neft təchizatçılarından biri olduğundan, eləcə də Cənub Qaz Dəhlizinin hazırda dünyada təbii qazın qiymətlərinin yüksək olduğu şəraitdə İtaliyaya müsbət təsirlərindən danışıb.


Azərbaycan-İtaliya strateji tərəfdaşlığının gücləndirilməsi perspektivlərinə toxunan diplomat Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması istiqamətində aparılan işlərə toxunub və bu təhsil ocağının iki ölkə arasında tərəfdaşlığın növbəti illərdə daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib.

Diplomat habelə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən böyük bərpa və yenidənqurma işlərinin İtaliya şirkətləri üçün açdığı geniş imkanlardan danışıb. 

M.Əhmədzadə dövlət müstəqliyimizin bərpasından 30 il sonra bu il bu önəmli ildönümünü torpaqlarımızın işğaldan azad olunması şəraitində qeyd ediləcəyini bildirib.

Müstəqilliyinin ilk illərində Azərbaycanın Ermənistanın hərbi işğalına məruz qaldığını və 30 ilə yaxın davam edən işğala ötən il Vətən müharibəsində Azərbaycanın son qoyduğunu, torpaqlarını işğaldan azad etdiyini qeyd edib.
 

Münaqişənin artıq bitdiyini və davamlı sülhün təmin edilməsinin vacib olduğunu deyən diplomat Azərbaycanın buna töhfə verməyə hazır olduğunu və məhz bu səbəbdən də Ermənistana suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazılığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsi imzalamaqla bağlı təklif etdiyini bildirib.


Müsahibə eləcə də, “Il Sole 24 Ore”, “Yahoo Notizie”, “Yahoo Finanza”, “Virgilio”, “Quotidiano”, “Timgate”, “Il Giornale d’Italia”, “Quotidiano Nazionale”, “Today” və sair kimi mətbuat orqanları tərəfindən də yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO