Türkiyəli generaldan SƏRT CAVAB: “İranın bizə deyə biləcək sözü yoxdur”

Türkiyəli generaldan SƏRT CAVAB: “İranın bizə deyə biləcək sözü yoxdur”

Hazırda oxunan: Türkiyəli generaldan SƏRT CAVAB: “İranın bizə deyə biləcək sözü yoxdur”

36876

Tehran XİN rəsmisi Türkiyənin Xəzərdə hərbi mövcudluğunu qanunsuz adlandırıb. İran Türkiyə ilə Azərbaycanın birgə təlimlərinə niyə belə qıcıqlanır? 

Bizim.Media-nın sualına Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi Yücel Karauzun ilk cavabı belə oldu:  

“İranın bu gün verdiyi reaksiyanı anlamaq üçün keçmişə baxmaq lazımdır. Keçmişə baxanda da bunları görürük:

1. I Qarabağ savaşında İran Azərbaycana yox, təəssüf ki, Ermənistanı dəstəklədi. Oradakı problemin davamlı qalmasını öz ölkəsinin maraqlarına uyğun adlandırdı. 

2. 28 il davam edən işğal zamanı fəaliyyətlərini Ermənistanın xeyirinə istiqamətləndirdilər.
 

Erməni ordusunun təlimlərinə kömək etdilər. Bu gün hüquqdan danışmasına baxmnayaraq, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına səs çıxarmadı.


Eyni zamanda 44 günlük Vətən Müharibəsindən qabaq, iyulda Ermənistanın Azərbaycanın sivil yaşayış məkanlarına qarşı törətdiyi terror zamanı da İran beynəlxalq hüquqdan bəhs etmədi. Bu gün də Qarabağa qanunsuz yüklərin göndərilməsində İran baş roldadır”. 

General Ərdoğanın Zəfər Paradında oxuduğu şeirin də İranda təhdid kimi qarşılandığını xatırlatdı. İran indi də birgə təlimləri qanunsuz adlandırır:

“Hər bir ölkə müstəqildir və münasibətlərdə istədiyi dövlətlə quruda, dənizdə və havada təlıimlər keçirməkdə azaddır. İran tərəfi isə yanlış bilgi və səhv nöqtəni işarə edir. Azərbaycanın Türkiyə ilə Xəzər dənizində birgə təlim keçirməsi başqa mövzudur, Türkiyənin Xəzər dənizində hərbi mövcudluğunun olması isə başqa mövzudur. Təlim hərbi mövcudluq demək deyil. Burada bir təhrif var ki, bu da hadisəni səhv istiqamətə yönləndirməyə xidmət edir”.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev İran səfiri ilə görüşdü – NƏYİ MÜZAKİRƏ ETDİLƏR? - FOTO


Türkiyəli generalın sözlərinə görə, sualtı və suüstü təlimlərə belə reaksiya verməkdənsə, İran gərək erməni cinayətlərinə susmayaydı:

“İranın bizə deyə biləcək sözü yoxdur. Təlimlər dövlətlərarası hüquq normalarına tam cavab verir. İran özünə baxsın, Suriya və İraqda beynəlxalq hüququ pozaraq ordu saxlayan İran anlamalıdır ki, Türkiyə və Azərbaycan qardaşdır, üçüncü dövlətin ərazi bütövlüyünə qarşı koalisiya deyil. Sadəcə, təlimlər Türkiyə və Azərbaycanın daha güclü olmasına xidmət edir ki, bunun da məqsədi sülhsevərliyə bağlıdır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO