İlham Əliyevin məşhur ifadəsi Ukraynada trend OLDU - FOTO

İlham Əliyevin məşhur ifadəsi Ukraynada trend OLDU - FOTO

Hazırda oxunan: İlham Əliyevin məşhur ifadəsi Ukraynada trend OLDU - FOTO

36566

“Biz birlikdə güclüyük!” - Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri nüfuzlu uşaq media festivalının mükafatının adına çevrilib. 

Bizim.Media xəbər verir ki, Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda dünyanın nüfuzlu və tanınmış “Dityatko” XIII Beynəlxalq Uşaq Media Festivalı başa çatıb.
 

“Oskar”ın Ukrayna variant olan bu festival Xarkov Regional Şurası tərəfindən təşkil olunub. Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu ikinci ildir ki, “Разом МИ – сила!” (Ukr.-“Biz birlikdə güclüyük!”) mükafatını təsis edərək bu festivalda iştirak edir.


Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizədə birləşməyə çağırış edərək azərbaycanlılara ünvanladığı “Biz birlikdə güclüyük!” sözləri Ukrayna dilində belə yazılır və səslənir. 

Bu il yarışmaya dünyanın 96 ölkəsindən 1245 müəllif qatılıb. Mükafatlandırma mərasimi bütün dünyada uşaqların nəticələrlə tanış olması üçün internetdə, müxtəlif sosial şəbəkələrdə onlayn şəkildə yayımlanıb.

Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov qalibləri öz nominasiyası üzrə şəxsən mükafatlandırıb. Ukraynadan iki uşaq əsəri finala çıxıb.

Münsiflər heyəti bir qalib seçməsinə baxmayaraq, konsul hər iki uşaq komandasını mükafatlandırıb.
 

“Dityatko” Beynəlxalq Uşaq Media Festivalının diplomları, heykəlciklərindən başqa, Azərbaycanın Fəxri Konsulu hədiyyələr və ənənəvi olaraq İlham Əliyev haqqında kitab təqdim edib.


O, mükafatdan bəhs edərək,  hansı dildə səslənməsindən asılı olmayaraq, hər kəsi “Biz birlikdə güclüyük” şüarını təşviq etməyə çağırıb.

Alçina Amilqızı, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO