Mingəçevirdə şəhid övladı intihara cəhd etdi - SƏBƏB+VİDEO

Mingəçevirdə şəhid övladı intihara cəhd etdi - SƏBƏB+VİDEO

Hazırda oxunan: Mingəçevirdə şəhid övladı intihara cəhd etdi - SƏBƏB+VİDEO

36027

Mingəçevirdə şəhidin oğlu intihara cəhd edib.

Bizim.Media “Unikal.org”a istinadən xəbər verir ki, sentyabrın 1-də Birinci Vətən Müharibəsi şəhidi Pənah Quliyevin 46 yaşlı oğlu Səyyaf Quliyev Mingəçevir şəhər Tibb Kollecinin damından özünü ataraq öldürməyə cəhd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Anaların sözləri uşaqları intihara aparır – Ölümlərin ən çox baş verdiyi MƏQAMLAR 


Onun intihar etmək istəyinin qarşısı ictimaiyyətin və polis əməkdaşlarının səyləri nəticəsində alınıb.

S. Quliyev işsizlik və maddi sıxıntılar səbəbindən özünün və ailəsinin əziyyət çəkdiyini bildirib. 

İntihara cəhdinin qarşısı alındıqdan sonra şəhər rəsmilərindən onun və beş nəfərlik ailəsinin taleyi ilə kimsənin maraqlanmadığını deyib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO