Azərbaycan Qarabağdakı münaqişənin kəskinləşməsi zamanı vurulan Rusiyanın Mi-24 helikopteri ilə bağlı cinayət işinin dəlillərini toplayıb və ekspertiza keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda çərşənbə axşamı Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat yayıb.
"9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus MI-24 hərbi helikopterinin vurulması ilə əlaqədar Baş Prokurorluq təcili yoxlama tədbirlərindən sonra cinayət işi açıb”. “RİA Novosti” agentliyi mətbuat xidmətinin rəhbərindən sitat gətirib.
Səlimzadə onu da vurğulayıb ki, Azərbaycan Baş Prokurorluğu Rusiya helikopterinin qəzaya uğraması ilə bağlı qanuni qərarın qəbul edilməsini təmin edəcək.
Xatırladaq ki, 9 Noyabr 2020-ci il tarixində Rusiya Müdafiə Nazirliyi Mi-24 helikopterinin döyüş bölgəsindən kənarda Ermənistan ərazisi üzərində havada vurulduğunu bildirib. İnsident zamanı iki ekipaj üzvü ölüb, bir nəfər isə orta dərəcəli bədən xəsarətləri ilə evakuasiya edilib.
Azərbaycan tərəfi Rusiya helikopterinin təsadüfən vurulduğunu etiraf edib və üzr istəyib, Rusiyaya təzminat ödəməyə hazır olduğunu bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:34 / 29.06.2021
Azərbaycan Naxçıvanda vurulan Rusiya helikopteri ilə bağlı dəlillər topladı
Hazırda oxunan: Azərbaycan Naxçıvanda vurulan Rusiya helikopteri ilə bağlı dəlillər topladı
Hazırda oxunan: Azərbaycan Naxçıvanda vurulan Rusiya helikopteri ilə bağlı dəlillər topladı
26697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.