Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə "Kəpəz" ilk ev oyunlarını Qəbələdə keçirəcək.
Bizim.Media xəbər verir ki, Gəncə şəhər stadionunun inşasının davam etməsi səbəbindən "sarı-göylər" doğma şəhərdən kənarda oynamalı olacaqlar. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə şəhər stadionu matçların keçirilməsi üçün tam hazır vəziyyətə gətirildikdən sonra "Kəpəz" rəqiblərini Nizami yurdunda qəbul edəcək.
Əvəzedici komanda isə ötən mövsümlərdə olduğu kimi klubun Məşq Mərkəzindəki ehtiyat meydanda oynayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:45 / 08.08.2025
“Kəpəz” ev oyunlarını bu stadionda keçirəcək
Hazırda oxunan: “Kəpəz” ev oyunlarını bu stadionda keçirəcək
Hazırda oxunan: “Kəpəz” ev oyunlarını bu stadionda keçirəcək
263962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.