Bakıya çəyirtkələrin kütləvi axını - SƏBƏB NƏDİR? – VİDEO

Bakıya çəyirtkələrin kütləvi axını - SƏBƏB NƏDİR? – VİDEO

Hazırda oxunan: Bakıya çəyirtkələrin kütləvi axını - SƏBƏB NƏDİR? – VİDEO

260490

Son günlər Bakı sakinləri xoşagəlməz mənzərə ilə üz-üzə qalıblar.

Bizim.Media xəbər verir ki, şəhərin müxtəlif ərazilərində, xüsusilə də fərdi yaşayış evlərinin həyətləri və çoxmərtəbəli binaların eyvanlarında kütləvi şəkildə çəyirtkələr peyda olub.

Sakinlər bu vəziyyətdən narahatlıq keçirirlər.
 

Məsələ ilə bağlı oxu.az-a Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəis müavini Ceyhun İbrahimov bildirib ki, həyətyanı sahələrdə çəyirtkələrin artma səbəbi yem axtarışı ilə əlaqədardır:


"Belə ki, şəhərətrafı ərazilərdə yaşıllıq sahəsi azaldığı və hava da isti keçdiyi üçün yaranan yem qıtlığından dolayı çəyirtkələr yem tapmaq üçün həyətyanı sahələrdə yaşıllıq kütləyə gəlirlər.

Hazırda da bunun üzərində əməkdaşlarımız iş aparırlar. Çəyirtkələrin artmasına qarşı mübarizə tədbirlər görülür. Onu da bildirim ki, çəyirtkələrin artması qorxulu bir şey deyil. Onların hər hansı bir zərəri yoxdur".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO