Ermənistan hakimiyyəti özünü buraxan qondarma “Dağlıq Qarabağ Respublikası”nın İrəvandakı “nümayəndəliyi”nin binasını Qarabağ separatçılarından almaq istəyir.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Baş Prokurorluq bununla bağlı məhkəməyə müraciət edib. İddianın məqsədi “DQR” “Nazirlər Kabineti”nin 2017-ci ilin martında qeydiyyatdan keçmiş mülkiyyət hüququnu etibarsız saymaqdır.
Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinə qarşı iddia qaldırılıb.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını elan edib.
Ancaq İrəvana gedən separatçı tör-töküntüləri qondarma oyuncaq qurumlarının guya mövcud olduğunu nümayiş etdirmək üçün Ermənistan paytaxtında “nümayəndəlik ofisi”ni şeytan yuvasına çeviriblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:50 / 17.07.2025
Qarabağdan köçmüş cinayətkar dəstənin İrəvandakı “nümayəndəliyi” qapadılır
Hazırda oxunan: Qarabağdan köçmüş cinayətkar dəstənin İrəvandakı “nümayəndəliyi” qapadılır
Hazırda oxunan: Qarabağdan köçmüş cinayətkar dəstənin İrəvandakı “nümayəndəliyi” qapadılır
260311
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.