İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu Ağdamda keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu Ağdamda keçiriləcək

Hazırda oxunan: İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu Ağdamda keçiriləcək

257258

İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq “İƏT Həftəsi” çərçivəsində Ağdam şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu keçiriləcək.

Bizim.Media xəbər verir ki, forumun əsas məqsədi gənclərin İƏT regionunun gələcəyinin qurulmasında iştirakını gücləndirmək və onların ideyalarını təşkilatın yeni inkişaf strategiyasına daxil etməkdir.

Tədbir gənclərin dayanıqlı inkişaf, iqtisadi inteqrasiya və innovasiya sahələrində fəal rolunu təşviq edəcək, həmçinin onların qərarqəbuletmə proseslərinə cəlb olunmasına töhfə verəcək.

Forumda iqtisadi və ticarət əməkdaşlığı, dayanıqlılıq və texnologiya, insan kapitalı və digər mövzular müzakirə olunacaq.

Forum habelə gənclərin regional siyasətdə rolunu artırmaq və onların gələcək nəsillər üçün verdiyi töhfələri tanıtmaq baxımından mühüm platforma olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO