Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum etdi - ANBAAN VİDEO

Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum etdi - ANBAAN VİDEO

Hazırda oxunan: Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum etdi - ANBAAN VİDEO
256496
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində küçə iti nənə və nəvəyə hücum edib.

Bizim.Media report-a istinadən xəbər verir ki, qəsəbə sakini Rəfiqə Hüseynova nəvəsi ilə birgə mağazaya gedərkən sahibsiz itin qəfil hücumuna məruz qalıb. Yaralanan qadın dərhal xəstəxanaya yerləşdirilib və ona quduzluq əleyhinə vaksin vurulub.

Hadisə ilə bağlı Ceyranbatan qəsəbəsi bələdiyyəsinə və ərazi nümayəndəliyinə müraciət olunub.

Qurumdan bildirilib ki, sahibsiz itlərin toplanması ilə bağlı onlara maliyyə vəsaiti ayrılmadığı üçün bu sahədə tədbir görmək imkanları yoxdur.
 

Abşeron Rayon İcra Hakimiyyətindən isə vurğulanıb ki, sahibsiz heyvanların yığılması məqsədilə Sahibsiz İtlərə Qayğı Mərkəzləri rayon ərazisində sivil və humanist üsullarla tədbirlər görür. Belə ki, təhlükə yaradan itlər küçə və prospektlərdən xüsusi avtomobillərlə toplanaraq qayğı mərkəzinə aparılır. Hazırda proses davam etdirilir.


Qeyd edək ki, Abşeron rayonunda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin yaradılması istiqamətində sənədləşmə işləri aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO