Bu küçədə qadağanedici nişan yoxdur, amma sürücülər cərimələnir - VİDEO

Bu küçədə qadağanedici nişan yoxdur, amma sürücülər cərimələnir - VİDEO

Hazırda oxunan: Bu küçədə qadağanedici nişan yoxdur, amma sürücülər cərimələnir - VİDEO
254441
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Dayanma-durma qadağandır" nişanı olmayan ərazidə avtomobil saxlayan sürücülər cərimələnir.

Bizim.Media xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yaşayan sakinlər belə deyirlər.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, ərazidə heç bir xəbərdarlıq nişanı olmasa da, orada avtomobili saxlayan hər kəsə cərimə tətbiq edilir.

Vətəndaşlar deyirlər ki, digər küçədə dayanma-durma nişanı var. Amma o küçədən gələnlər belə nişanı görmürlər, çünki üzərini ağaclar örtüb.

Ərazidə yaşayan bəzi şəxslər isə deyirlər ki, maşınları saxlamağa başqa yer yoxdur. Ona görə də bu yerdə belə qadağanın olması onlar üçün ciddi problem yaradır.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, qeyd edilən ərazidə araşdırma aprılır. Nəticəyə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO