Qızıl bazarında saxta məhsullar satılır – İDDİA/VİDEO

Qızıl bazarında saxta məhsullar satılır – İDDİA/VİDEO

Hazırda oxunan: Qızıl bazarında saxta məhsullar satılır – İDDİA/VİDEO
249641
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son vaxtlar zərgərlik bazarında saxta məhsulların satılması ilə bağlı iddialar artıb.

Bizim.Media xəbər verir ki, bu isə sadə vətəndaşlar arasında ciddi narahatlığa səbəb olur. Çünki qızılın saxta olub-olmadığını adi gözlə müəyyənləşdirmək mümkün deyil.

"Beş qramlıq qızıl almışdım, amma içindəki qızıl deyilmiş", - deyə sakinlərdən biri bildirib.

Başqa bir sakin isə deyib:

"Aldığım qızılı yoxlatdırdım, sən demə, keyfiyyəti yaxşı deyilmiş".

Qanunvericiliyə görə, pərakəndə ticarət obyektlərindən alınan qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar dəyişdirilmir.

Həmçinin ölkə başçısının 2025-ci il 12 fevral tarixli 327 nömrəli Fərmanına əsasən, sözügedən sahədə dövlət nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə həvalə edilib.
 

Qurumdan bildirilib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna əsasən, ölkə ərazisində bu sahədə aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb.


Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO