Gürcüstanda hərbi xidmətlə bağlı YENİLİK - 6 aydan 11 aya qədər

Gürcüstanda hərbi xidmətlə bağlı YENİLİK - 6 aydan 11 aya qədər

Hazırda oxunan: Gürcüstanda hərbi xidmətlə bağlı YENİLİK - 6 aydan 11 aya qədər
228736
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 1-dən Gürcüstanda məcburi hərbi xidmətə çağırışla bağlı yeni qaydalar qüvvəyə minib. 

Bizim.Media “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, çağırışçılar yalnız “Milli müddətli hərbi xidmət” adlandırılan hərbi xidmət çərçivəsində xidmətə göndəriləcəklər.  

Bildirilib ki, çağırış hərbi qeydiyyatda olan 18-27 yaş arası şəxslərin siyahısından yanvarın 31-nə qədər təsadüfi seçim əsasında həyata keçiriləcək. 
 

Bununla yanaşı, çağırışçılar özləri üçün uyğun olan 3 xidmət növündən birini seçə bilərlər. Belə ki, döyüş bölməsində xidmət 6 ay, mühafizə və təminat bölmələrində xidmət 8 ay, kiçik komandir rütbəsi almaq və müəyyən ixtisas üzrə xidmət isə 11 aydan ibarət olacaq.  


Çağırış il ərzində mərhələli qaydada baş tutacaq. Eyni zamanda, çağırışçılar məzuniyyət və istirahət günləri ilə də təmin ediləcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO