Rusiyanın paytaxtı Moskvada “TANK” markalı avtomobil partladılıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Profsoyuznaya küçəsində baş verib.
İlkin məlumatlara görə, avtomobilə qoyulan partlayıcı qurğu işə düşüb. Partlayıcı avtomobilin kapotu ilə ön şüşə arasında sürücü tərəfinə yerləşdirilib. Nəticədə biri altı yaşlı uşaq olmaqla üç nəfər yaralanıb.
“Shot” teleqram kanalının məlumatına görə, avtomobil iş adamı, 44 yaşlı Viktor M-ə məxsusdur. Bununla yanaşı, partlayış yaxınlıqdakı “Mazda” avtomobilinə də ziyan vurub.
Faktla bağlı cinayət işi başlanıb.
Bizim.Media