Avropa Şurasının jurnalistika və jurnalistlərin müdafiəsinin təşviqi internet platforması Fransanın TF1 televiziya kanalını və onun jurnalisti Lizron Budulu hədəfə alan nifrət kampaniyası ilə bağlı Fransaya xəbərdarlıq edib.
Bizim.Media AZƏRTAC -a istinadən xəbər verir ki, internet platformasının tərəfdaşları olan “Avropa Jurnalistlər Federasiyası” (EFJ) və “Sərhədsiz reportyorlar” (RFS) təşkilatları tərəfindən təqdim edilmiş xəbərdarlıqda təhlükənin mənbəyinin qeyri-müəyyən olduğu, jurnalistlərin hələ də sıxışdırıldığı bildirilir.
Qeyd edilir ki, L.Budul oktyabrın 22-də Dağlıq Qarabağda vəziyyəti əks etdirən reportajından sonra onun və TF1 kanalının sosial şəbəkələrindəki hesablarında çoxsaylı təhqiramiz mesajlar yazılıb. L.Budul bir neçə gün davamlı olaraq nifrət zəminli çıxışların və hədələrin hədəfinə çevrilib. TF1 televiziya kanalının elektron poçtuna təhqir və hədə dolu mesajlar göndərilib, zənglər edilib.
Erməni icmasının TF1 kanalının qarşısında nümayiş keçirdiyi və nəticədə reportajın kanalın internet səhifəsindən silindiyi vurğulanıb.
Xatırladaq ki, L.Budulun Dağlıq Qarabağdan hazırladığı reportaj erməni lobbisinin təzyiqi ilə TF1 kanalının internet səhifəsindən silinsə də, sonradan Azərbaycanın Fransadakı səfirliyinin və icmasının fəaliyyəti nəticəsində bərpa olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:01 / 06.11.2020
Avropa Şurası erməni təzyiqi ilə bağlı Fransaya xəbərdarlıq etdi
Hazırda oxunan: Avropa Şurası erməni təzyiqi ilə bağlı Fransaya xəbərdarlıq etdi
Hazırda oxunan: Avropa Şurası erməni təzyiqi ilə bağlı Fransaya xəbərdarlıq etdi
2154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.