Hesablama Palatasının yoxlaması niyə uzanır? – AzTV səbəbi AÇIQLADI - ÖZƏL

Hesablama Palatasının yoxlaması niyə uzanır? – AzTV səbəbi AÇIQLADI - ÖZƏL

Hazırda oxunan: Hesablama Palatasının yoxlaması niyə uzanır? – AzTV səbəbi AÇIQLADI - ÖZƏL

21348

Üç həftədən artıqdır AzTV-də başlayan audit yoxlaması hələki başa çatmayıb. Yoxlamanın uzadılması səbəbi ilə bağlı mediada müxtəlik fikirlər səsləndirilir. İddialara görə audit yoxlamasının uzanmasına səbəb Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov arasında baş verən insidentdir. Digər bir səbəb isə milli televiziyada olan maliyyə problemləri ilə bağlıdır. 

“Azərbaycan Televiziya və Radio Verilişləri“ QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nərgiz Rəfiyeva Bizim.Media-ya açıqlamasında sözügedən məsələlərə aydınlıq gətirib.

O, deyib ki, şirkətin Aztv.az rəsmi internet saytının "Haqqımızda" bölməsində 2019-cu ili əhatə edən illik maliyyə hesabatları yerləşdirilib: 

“Bu hesabatlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, 2020-ci ilin aprel ayının 30-dan gec olmamaq şərti ilə Maliyyə Nazirliyinə və Hesablama Palatasına təqdim olunub, eyni zamanda  Aztv.az saytında dərc edilib.  QSC-nin 2020-ci ilin müvafiq maliyyə hesabatlarına gəldikdə isə vurğulanıb ki, məlumatların gecikdirilməsi şirkətdə 26.04.2021-ci il tarixindən etibarən dövlət yoxlamasının aparılması ilə əlaqədardır. Hesablama Palatasının kənar dövlət maliyyə nəzarət tədbirinin keçirilməsi barədə yoxlaması başa çatdıqdan sonra məlumatlar Aztv.az saytında dərc ediləcək”.

Nərgiz Rəfiyeva əlavə edib ki, bəzi mətbuat orqanları məqalə hazırlayarkən medianın peşəkarlıq prinsiplərinə uyğun davranmır, “araşdırmalar”ına əsassız, mənbəyi məlum olmayan, dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən məlumatlar yerləşdirirlər:

“Bununla da bir daha qərəzlilik nümayiş etdirirlər. “Araşdırmalar”da köhnə məlumatların yeni adı ilə təqdim edilməsinin başqa adı yoxdur. Eyni zamanda, məlumat yayarkən KİV haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qarşı tərəfin mövqeyi də dərc edilməlidir. Qarşı tərəfin mövqeyi işıqlandırılmırsa, bunun reketlikdən başqa adı yoxdur”, deyə qurum rəsmisi əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO