Şirkət əməkdaşına cinayət işi açıldı

Şirkət əməkdaşına cinayət işi açıldı

Hazırda oxunan: Şirkət əməkdaşına cinayət işi açıldı

21288

“Gədəbəy Mineral Suları” MMC-nin Ağstafa-Qazax rayonu üzrə satış təmsilçisi Cavid Məmmədovun yol verdiyi qanunsuz hərəkətlərlə bağlı rayon Prokurorluğuna müraciət daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə 20 yaşlı qız özünü asdı


Bizim.Media Qazax Rayon Prokurorluğunun verdiyi məlumata görə araşdırma zamanı müəyyən edilib ki, Cavid Məmmədov 2020-ci ilin fevralın 06-dan sentyabrın 30-dək olan dövr ərzində ona etibar edilən firmaya məxsus müxtəlif çeşidli su məhsullarının satışından əldə edilən pulu kassaya mədaxil etməyərək həmin firmaya xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəyib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO