Beynəlxalq Olimpiya Komitəsi Paris-2024 oyunarında transgender olduğu iddia edilən Əlcəzairli boksçu İmane Xeliflə ilə bağlı açıqlama dərc edib.
Bizim.Media xəbər verir ki, bu barədə komitənin rəsmi internet səhifəsi məlumat yayıb.
Bildirilib ki, hər bir idmançının yarışlarda ayrı-seçkilik görmədən iştirak etmək hüququ var.
“Paris 2024 Olimpiya Oyunlarının boks turnirində iştirak edən bütün idmançılar yarışın uyğunluğu və giriş qaydalarına, eləcə də Paris 2024 Boks Birliyi tərəfindən müəyyən edilmiş bütün müvafiq tibbi qaydalara əməl edirlər. Əvvəlki Olimpiya boks yarışlarında olduğu kimi, idmançıların cinsi və yaşı onların pasportuna əsaslanır”, - komitədən qeyd edilib.
“Biz hesabatlarda Paris-2024 Olimpiya Oyunlarında mübarizə aparan iki qadın idmançı (red: Lin Yu-tinq və İmane Xelif) ilə bağlı yalnış məlumatların şahidi olmuşuq. Bu iki idmançı uzun illərdir ki, beynəlxalq boks yarışlarında, o cümlədən Tokyo-2020 Olimpiya Oyunları, Beynəlxalq Boks Assosiasiyası (BBA) qadınlar kateqoriyasında mübarizə aparırlar. Bu iki idmançı BBA-nın qəfil və özbaşına qərarının qurbanı olub. 2023-cü ildə Dünya Çempionatının sonuna yaxın onlar heç bir qanuni proses olmadan qəfildən diskvalifikasiya ediliblər.
BOK Olimpiya Xartiyası, Etik Kodeksi və İnsan Hüquqları üzrə Strateji Çərçivəsinə uyğun olaraq, Olimpiya Oyunlarında iştirak edən bütün idmançıların insan hüquqlarını qorumağa sadiqdir. BOK iki idmançıya edilən neqativ şərhlərdən kədərlənir.
BBA-nın qərarı ilə 2019-cu ildə idmançıların fəaliyyəti dayandırıldıqdan sonra 2023-cü ildə BOK tərəfindən təkzib edilib. Qərarın geri götürülməsi İdman Arbitraj Məhkəməsi tərəfindən təsdiqlənib”, - Beynəlxalq Olimpiya komitəsi dərc edib.
Xatırladaq ki, 24 mart 2023-cü il tarixində BBA idmançılar Lin Yu-tinq və İmane Xelifi Nyu Dehli 2023 Qadınlararası Boks üzrə Dünya Çempionatından diskvalifikasiya edib.
“Bu diskvalifikasiya onların müəyyən edilmiş və qoyulmuş qadınların yarışında iştirak etmək üçün uyğunluq meyarlarına cavab verməməsinin nəticəsi olub. Qanunlar BBA-nın Əsasnaməsində öz əksini tapıb. Diqqətlə nəzərdən keçirildikdən sonra qəbul edilən bu qərar, rəqabətin ədalətlilik səviyyəsini və maksimum dürüstlüyünü qorumaq üçün son dərəcə vacib və zəruridir”, - Beynəlxalq Boks Assosiyasiyası qeyd edib.
Bizim.Media