Avro-2024: İspaniya və İtaliya 1/8 finala yüksəldi - VİDEO

Avro-2024: İspaniya və İtaliya 1/8 finala yüksəldi - VİDEO

Hazırda oxunan: Avro-2024: İspaniya və İtaliya 1/8 finala yüksəldi - VİDEO
198886
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyunlar keçirilib.

Bizim.Media xəbər verir ki, oynanılan 2 matçla B qrupunda mübarizəyə yekun vurulub.

1/8 finala vəsiqəni daha əvvəl təmin edən İspaniya millisi Albaniyanı minimal hesabla üstələyib. Yeganə qolu 13-cü dəqiqədə Ferran Torres vurub. Bununla da ispanlar qrup mərhələsini maksimum nəticə ilə başa vurublar.

Digər matçda İtaliya və Xorvatiya yığmaları üz-üzə gəlib. Hesabı 55-ci dəqiqədə xorvatiyalıların heyətində Luka Modriç açıb. İtaliya millisi yalnız əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə bərabərlik qolunu vura bilib. Mattia Zakkaninin qolu italiyalıları məğlubiyyətdən xilas edib. Bu nəticədən sonra xallarını 4-ə çatdıran Luçano Spalettinin komandası adını pley-offa yazdırıb. Xorvatiya (2 xal) və Albaniya (1 xal) yığmaları isə Avropa çempionatında mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl Almaniya və İsveçrə milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.

 


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO