Putin: “Ukrayna ilə dialoqu davam etdirməyə hazırıq” - VİDEO

Putin: “Ukrayna ilə dialoqu davam etdirməyə hazırıq” - VİDEO

Hazırda oxunan: Putin: “Ukrayna ilə dialoqu davam etdirməyə hazırıq” - VİDEO

198225

“Rusiya Ukrayna tərəfi ilə İstanbul və Minsk danışıqları əsasında dialoqu davam etdirməyə hazırdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidenti Vladimir Putin Pxenyana səfərinin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı bildirib.

“Ukrayna ilə bağlı danışıqlar hətta sabah da baş tuta bilər, lakin Rusiya indiki mövqeyindən çıxış edəcək. Şərtlərimiz yalnız yerdəki vəziyyətdən asılı olaraq dəyişəcək”, - Putin qeyd edib.

Rusiya lideri bildirib ki, əgər danışıqlar rus qoşunlarının Ukrayna ərazisindən çıxarılması ilə bağlıdırsa, bu, heç vaxt baş verməyəcək:

“Rusiya üçün strateji məğlubiyyət dövlətçiliyin sonu deməkdir və buna görə də biz sona qədər getməyə hazırıq. Rusiya Federasiyasının Xarkova daxil olmaq kimi bir məqsədi yoxdur”.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO