Nazirlikdən Azad Rəhimovla bağlı son MƏLUMAT

Nazirlikdən Azad Rəhimovla bağlı son MƏLUMAT

Hazırda oxunan: Nazirlikdən Azad Rəhimovla bağlı son MƏLUMAT

19619

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova media nümayəndələrinə müraciət edib.

Bizim.Media-nın məlumatına görə, S.Məmmədova nazir Azad Rəhimovla bağlı yalnış informasiyaların yayılması ilə bağlı narahatlığını ifadə edib.

“Hörmətli media nümayəndələri! Hər birinizin narahatlığını başa düşür, anlayışla qarşılayıram. 

Hər birinizə Azad müəllim üçün etdiyiniz dualar, dediyiniz xoş sözlər üçün dərin təşəkkür edirəm. Sizdən son dərəcə xahiş edirəm, əsaslanmamış informasiyaları yayıb çaşqınlıq yaratmayın. Bu onun ailəsinə, doğmalarına çox pis təsir edir. Telefonum hər biriniz üçün açıqdır və daima əlaqədəyik. Bacardığım qədər daima sizi məlumatlandıracam. Bir daha təşəkkür edirəm.”- deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO