Ayan: “Bu şəraitdə övlad dünyaya gətirib onu da süründürməyin” – FOTO

Ayan: “Bu şəraitdə övlad dünyaya gətirib onu da süründürməyin” – FOTO

Hazırda oxunan: Ayan: “Bu şəraitdə övlad dünyaya gətirib onu da süründürməyin” – FOTO

189917

“Kasıb olmaq ayıb deyil, amma kasıb ölmək, bu, sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get, tap işlə. O qədər insan gördüm ki, işləmək istəmir. Belə vəziyyətdə xahiş edirəm, övlad dünyaya gətirib onu da süründürməyin”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Müğənni Ayan Babakişiyeva sosial şəbəkə hesabında yazıb. 

Sənətçi ailəli bir gəncin maddi sıxıntılar səbəbi ilə yaşadığı problemlərə münasibət bildirib: 

“Bu videoya baxdım, şərhləri də oxudum. Çox insan bir şey yazır. Haradadır o varlılar, iş adamları kömək etsin. Mən də öz düşüncəmi deyim sizə. Heç kimin heç nəyə və heç kimə borcu yoxdur. Ancaq heç kimin də haqqı yoxdur ki, kiminsə həyatını məhv etsin. Bir insan düşünməlidir ki, birinin həyatına girirəmsə, ən azından onun həyatına bir qatqım olacaq? Həm mənəvi, həm də maddi. Yox, bir insana xeyrin dəymirsə, ziyanın da dəyməsin. Ən azından bu qızın əvvəlki həyat tərzi, rutini nə idisə, onu et. Etmirsən, bacarmırsan? O zaman başqalarını da özünlə süründürmə. Hər şey qarşılıqlı anlayışla olmalıdır. Yox, kişi məni nə cür görmək istəyirsə, xarakterimdən, istəklərimdən keçəcəyəm deyə bir şey düşünmürəm. Hər kəsin bir xarakteri, əqidəsi var”. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO