Türkiyənin İzmir şəhərində baş verən zəlzələdən sağ çıxan tibb bacısı 1992-ci ildə Ərzincan zəlzələsini də ən ağır şəkildə yaşayıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nurcan Erarslan 28 il əvvəl Ərzincanda baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində 8 gün dağıntılar altında qalıb.
Möcüzə nəticəsində sağ qaldığını bildirən tibb bacısı N.Erarslan İzmirdə dağıntılar altında qalan yaxınlarından xəbər gözləyən insanları ümidli olmağa çağırıb.
Bizim.Media