Azərbaycanda elektrik xətti olmayan neçə kənd var? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda elektrik xətti olmayan neçə kənd var? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda elektrik xətti olmayan neçə kənd var? – RƏSMİ AÇIQLAMA

181019

“Azərbaycanda elektrik xətti olmayan kənd yoxdur”.

Bu açıqlamanı Bizim.Media-ya “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslər üçün illik elektrik enerjisi sərfiyyatının həddi müəyyənləşib


O bildirib ki, bütün kəndlər elektrik enerjisi ilə təmin olunub:

“Yaşayış olan ən ucqar kəndlərdə belə elektrik mövcuddur. Ola bilsin ki, bəzi kəndlərdə elektrik xətləri yenilənir”.

Qeyd edək ki, dünən yerli mediada Masallı rayonunun iki - Ulum və Dico kəndlərinə ilk dəfə elektrik xəttinin çəkiləcəyi və elektrik enerjisi ilə təmin olunacağı haqqında məlumat yer alıb.

Həmin kəndlərin rayon mərkəzindən 20-25 kilometr aralıda dağlıq ərazidə və çətin relyefdə yerləşdiyi qeyd edilib. Məlumatda sözügedən kəndlərdə hazırda ümumilikdə 3 ailənin yaşadığı da öz əksini tapıb. 

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO