“Avropa İttifaqında ölkəni qeyri-qanuni tərk etmiş 800 min qorxaq ukraynalı var”.
Bizim.Media xəbər verir ki, bunu Avropa Parlamentinin estoniyalı üzvü Yaak Madison çıxışı zamanı bildirib.
O deyib ki, həmin şəxsləri geri qaytarmaq üçün Ukraynaya kömək etmək lazımdır:
“Keçən həftə Ukrayna prezidenti cənab Volodimir Zelenskini Tallinə dəvət etdik. O bildirdi ki, ölkəsində çoxlu insana ehtiyac var, çünki Ukrayna tərəfindən minlərlə insan həyatını itirib. Lakin Avropa İttifaqında ölkəni qeyri-qanuni tərk etmiş 800 min qorxaq ukraynalı var. Biz Ukraynaya bu şəxsləri geri qaytarmağa kömək etməliyik. Onlar anlamalıdırlar ki, Ukraynanın qələbəsi üçün orada ölməli deyil, döyüşməlidirlər”.
Bizim.Media