ŞOK VİDEOFAKT: Paşinyan erməni əsgərlərinin cəsədlərini soyuducularda gizlədib

ŞOK VİDEOFAKT: Paşinyan erməni əsgərlərinin cəsədlərini soyuducularda gizlədib

Hazırda oxunan: ŞOK VİDEOFAKT: Paşinyan erməni əsgərlərinin cəsədlərini soyuducularda gizlədib

16899

“Əziz əsgər valdeyinləri, oyanın artıq! Sizin balalarınızın iylənmiş cəsədləri Nikol Paşinyanın  tapşırığı ilə bu tırlarda gizlədilib”.

Bizim.Media xəbər verir ki, belə bir açıqlama ilə Avropa Jurnalistlər Birliyinin üzvü, Newspress.am saytının baş redaktoru Ariana Ovsepyan çıxış edib.

Ovsepyan  sosial şəbəkələrdə  paylaşdığı video görüntülərlə Ermənistanın baş naziri Nikol Paşinyanın yalanlarını ifşa edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda hərbçi valideynləri üsyan edir: “Övladlarımızı ölmək üçün qəsdən azərbaycanlıların üstünə yollayıblar”


Jurnalist xarici dövlətlərə meyvə daşımaq üçün nəzərdə tutulan  tırlardakı soyuducularda erməni əsgərlərinin cəsədlərinin saxlanıldığını iddia edib.

Hər addımı Ermənistan hakimiyyəti tərəfindən izlənilən Ariana Ovsepyan tırların gözdən uzaq kəndlərdən birinin ərazisində saxlanıldığını bildirib. 

Faktı Bizim Media-ya şərh edən BDU-nun Erməni araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi İsmayıl Tanrıverdi bildirib ki, Ariana Ovsepyanın paylaşdığı video Ermənistanda böyük rezonansa səbəb olub. 

“Əsgər valideynləri Ermənistanın baş naziri Nikol Paşinyanın yaxasından yapışaraq, gizlədilən əsgər cəsədlərinin ailələrinə təhvil verilməsini tələb edirlər. Ermənistan hakimiyyəti isə hər dəfə 30-40 cəsədi ailələrə verərək, onları aldadır”.

Qeyd edək ki, jurnalist araşdırmalarını davam etdirəcəyini bildirib. Tezliklə yeni faktlar  ortaya qoyacağını deyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO