Litvalı deputatlara:

Litvalı deputatlara: "Gəldiyiniz ərazilər azərbaycanlıların deportasiya edildiyi kəndlərdir"

Hazırda oxunan: Litvalı deputatlara: "Gəldiyiniz ərazilər azərbaycanlıların deportasiya edildiyi kəndlərdir"

166808

Litvadan olan bir qrup deputat Ermənistan-Azərbaycan sərhədinə baş çəkmiş və son vaxtlar Avropa İttifaqı ölkələrindən olan rəsmilərin Aİ-nin Ermənistandakı missiyası ilə görüşərək durbinlə Azərbaycana baxmaq kimi yersiz praktikasını davam etdirib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatda qeyd olunub:

“Litva bütün müstəvilərdə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir. Yəqin ki, litvalı deputatların bir neçə il öncə litvalı diplomatların keçmiş münaqişədə əraziləri işğal olunan Azərbaycanı deyil, işğalçı Ermənistanı dini zəmində dəstəklədikləri barədə yayılmış səs yazısından xəbərdardırlar.

Litvalı deputatlara xatırladırıq ki, onların baş çəkdikləri ərazilərin əksəri azərbaycanlıların deportasiya edildiyi kəndlərdir.
Səlibçi mentalitetli litvalı deputatlar Cənubi Qafqazda macəra axtarmaq, Don Kixotluq etmək əvəzinə qoy gedib öz ölkələrində sıxışdırılan etnik azlığın hüquqlarının qorunması ilə məşğul olsunlar”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO