Türkiyədə qadağalar yenidən sərtləşdirildi - COVID-19 can alır

Türkiyədə qadağalar yenidən sərtləşdirildi - COVID-19 can alır

Hazırda oxunan: Türkiyədə qadağalar yenidən sərtləşdirildi - COVID-19 can alır

16659

Bu gündən etibarən Türkiyədə COVID-19-la bağlı qadağalar yenidən sərtləşdirilir.

Bizim.Media xəbər verir ki, bu qadağalar çərçivəsində ölkənin 58 vilayətində həftəsonu “evdə qal” rejimi şənbə və bazar günləri tətbiq ediləcək.

Belə ki, bu vilayətlər Türkiyənin COVID-19 xəritəsində yüksək risk qrupuna daxil olub. Bu şəhərlərdə “evdə qal” rejimi cümə günü 21:00-dan bazar ertəsi 05:00-dək davam edəcək.

Yüksək risk qrupuna daxil olan şəhərlər arasında paytaxt Ankara, Antalya, İstanbul, İzmir kimi böyük şəhərlər də var.

Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən açıqladığı son həftənin statistikasına əsasən, ölkənin 81 vilayətinin hər birində yoluxma saylarında artım var.

Ən çox artım olan şəhərlər arasında İstanbul da yer alır. Ölkənin COVID-19 xəritəsində əvvəlcə narıncı rənglə göstərilən şəhər, sonradan qırmızı rənglə işarətlənərək üçüncü pik həddə çatıb. Artan xəstə sayı xəstəxanalara da öz təsirini göstərir.

Tibb müəssisələrinin COVID-19 bölmələrində sıxlıq müşahidə edilir. Mütəxəssislər bunu SARS-CoV-2 virusunun yeni variantının ölkə ərazisində yüksək sürətlə yayılması ilə izah edirlər.

Qeyd edək ki, Türkiyədə son 24 saat ərzində 42 min 308 nəfərin COVID-19 testi pozitiv çıxıb, 179 nəfər isə xəstəlikdən həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO