ABŞ-da ticarət kompleksində atışma: 4 nəfər öldü

ABŞ-da ticarət kompleksində atışma: 4 nəfər öldü

Hazırda oxunan: ABŞ-da ticarət kompleksində atışma: 4 nəfər öldü

16443

ABŞ-ın Kaliforniya ştatında baş verən atışma nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “NBC News” nəşri polisə istinadən yayıb.

Mənbə yazır ki, hadisə Orange şəhərində bir ticarət kompleksində baş verib. Bundan əvvəl yerli polis idarəsi bir neçə nəfərin öldüyünü və xəsarət aldığını bildirmişdi. 

Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, vəziyyət sabitləşib və əhali üçün heç bir təhlükə yoxdur.

CBS telekanalının verdiyi məlumata görə, atışmada şübhəli yaralanıb. Təcavüzkar xəstəxanaya yerləşdirilib, vəziyyəti məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO