Paşinyan tərifləyir, ermənilər isə həyəcan təbili çalır – Makroiqtisadiyyat “Qırmızı zona”dadır

Paşinyan tərifləyir, ermənilər isə həyəcan təbili çalır – Makroiqtisadiyyat “Qırmızı zona”dadır

Hazırda oxunan: Paşinyan tərifləyir, ermənilər isə həyəcan təbili çalır – Makroiqtisadiyyat “Qırmızı zona”dadır

15904

Fevralda Paşinyan erməni xalqını aldadıb ki, Ermənistan iqtisadiyyatının artım tempinin ilkin əlamətləri görünməkdədir. Ermənistan baş nazirinin çıxışının ardınca mediaya yayılan rəsmi statistika və göstəricilər isə “Nikol nağılları”nın əksi idi. 

Bizim.Media “yerkramas”a istinadən xəbər verir ki, Ermənistanın 2021-ci ilin yanvarı üçün olan idxal-ixrac statistikasında böhranın bütün elementləri var. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan parlamentdə hamını aldadıb- Ermənistanda raket QALMAQALI


Ermənistanda 2020-ci ilin yanvar-fevral ayları ilə bu ilin eyni vaxt kəsiyini müqayisə edəndə Ermənistan daxili iqtisadiyyatının 6.7 % itki ilə üzləşdiyi ortaya çıxır.

Bundan başqa, Ermənistanın xarici dövriyyəsi də ağır zərbələr alıb. Elektrik enerjisi, kənd təsərrüfatı, xidmət, turizm və başqa bir çox sahədə tənəzzül yaşayan Ermənistanın iqtisadiyyatı “qırmızı zona”dadır. 

Əlbəttə ki, Ermənistan mediası ölkələrini süquta aparan bütün itkiləri, krizis amillərini açıqlamasalar da, vəziyyət o qədər kritikdir ki, həyəcan təbili çalırlar.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO