Oktyabrın 29-da Nazirlər Kabineti tərəfindən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" qərar qəbul edilib.
Bizim.Media Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin ediləcək.
Qeyd edək ki, qərarla bağlı sabah təşkil ediləcək brifinqdə daha ətraflı məlumat veriləcək.
Bizim.Media