Prezident Mövlam Şixəliyevi general-mayor rütbəsindən məhrum ETDİ  

Prezident Mövlam Şixəliyevi general-mayor rütbəsindən məhrum ETDİ  

Hazırda oxunan: Prezident Mövlam Şixəliyevi general-mayor rütbəsindən məhrum ETDİ  

147720

Azərbaycan Prezidenti İlham Əliyev Mövlam Şixəliyevin, Sahib Ələkbərovun və Yasin Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında sərəncam imzalayıb. 

Bizim.Media xəbər verir ki, Sərəncam Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Bakı Hərbi Məhkəməsinin təqdimatları əsas götürülərək imzalanıb. 

Sərəncama əsasən, Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib. 
Sahib Yunus oğlu Ələkbərov və Yasin Seyfulla oğlu Məmmədov “Vətən uğrunda” medalından məhrum ediliblər. 

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO