Məşhur rumıniyalı məşqçi “Neftçi”yə gəlir?

Məşhur rumıniyalı məşqçi “Neftçi”yə gəlir?

Hazırda oxunan: Məşhur rumıniyalı məşqçi “Neftçi”yə gəlir?

144886

"Neftçi"nin yeni baş məşqçisi rumıniyalı ola bilər. 

Bizim.Media Rumıniya mətbuatına istinadən xəbər verir ki, “Neftçi” rəhbərliyinin əsas namizədlərindən biri Adrian Mutudur.

İddiaya görə, “ağ-qaralar”ın təklifi gənc mütəxəssisi qane edərsə, o, dərhal hazırkı komandasını tərk edərək "Neftçi”dəki işinə başlayacaq. Mutu bundan əvvəl “Universitetya” (Krayova), “Voluntari” və Rumıniyanın gənclərdən ibarət milli komandasını da çalışdırıb.
O, futbolçu kimi Rumıniya millisində, “Çelsi”, “Yuventus”, “Fiorentina”, “İnter”, “Parma” kimi klublarda çıxış edib. Xatırladaq ki, ötən mövsüm "Neftçi"yə rumıniyalı məşqçi Laurentsiu Regekampf rəhbərlik edirdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO